Rusiyada daha 8 885 nəfər koronavirusa yoluxub

Rusiyada daha 8 885 nəfər koronavirusa yoluxub
# 27 mart 2021 12:16 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8 885 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 510 744 nəfərə çatıb.

Son sutka ərzində 387 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 97 404 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR