Rusiyada evdə nəzarətsiz qalan iki uşaq yanaraq ölüb

Rusiyada evdə nəzarətsiz qalan iki uşaq yanaraq ölüb
# 18 fevral 2021 04:20 (UTC +04:00)

Rusiyanın Perm şəhərinin Orda kəndində fərdi yaşayış evində yanğın baş verib.

APA “qazeta.ru”ya istinadən xəbər verir ki, hadisə nəticəsində evdə nəzarətsiz qalan 2011 və 2017-ci il təvəllüdlü iki uşaq yanaraq ölüb.

Azyaşlıların cəsədlərində zorakılıq əlaməti tapılmayıb.

Federal İstintaq Komitəsi tərəfindən “Səhlənkarlıq nəticəsində iki nəfərin ölümə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR