Rusiyada fabrikin söndürülməsi zamanı yanğınsöndürənlərdən biri yanaraq ölüb

Rusiyada fabrikin söndürülməsi zamanı yanğınsöndürənlərdən biri yanaraq ölüb
# 13 aprel 2021 07:10 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində “Nevskaya” fabrikində güclü yanğın baş verib.

APA TASS-a istinadən xəbər verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası və canlı qüvvəsi cəlb edilib.

Fabrik söndürülərkən obyektdən yanmış cəsəd aşkar edilib. tapılıb. " deyən şöbə nümayəndəsi, mərhumun şəxsiyyətinin müəyyənləşdirildiyini söylədi.

Yanğın sahəsi 10 min kvadratmetri əhatə edib. Fabrikin dam örtüyü çöküb.

Hadisə zamanı FHN-in iki əməkdaşı yanıq xəsarətləri alıb, onlardan birinin öldüyünü bildirilib.

Fabrikdə çalışan işçilərdən birinin taleyi məlum deyil. Güclü külək səbəbindən yanğın yaxınlıqdakı binanın damına keçib.

Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR