Rusiyada güclü yanğın zamanı 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Rusiyada güclü yanğın zamanı 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
# 23 may 2020 02:21 (UTC +04:00)

Rusiya Federasiyası, Tatarıstan Respublikasında güclü yanğın baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın Zelenodolsk şəhərində xəstəxanada meydana gəlib.

Hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılardan ikisi xəsarətləri yanıq, digərlərinin isə zəhərlənmə ilə bağlıdır. Ölənlər və xəsarət alanlar xəstələrdir.

Ərazidə yanğınsöndürənlər və xilasedicilər çalışır. İkimərtəbəli binada olan 88 nəfər təxliyə edilib. Yanğın binanın birinci mərtəbəsindəki palataların birindən başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR