Rusiyada güclü yanğının söndürülməsi zamanı 1 yanğınsöndürən həlak olub

Rusiyada güclü yanğının söndürülməsi zamanı 1 yanğınsöndürən həlak olub
  • Clock-gray 08:20
  • calendar-gray 29 Mart 2020


Rusiyanın Rostov-Don şəhərində 10 hektar qamışlıq ərazidə güclü yanğın baş verib.

APA TASS-a istinadən xəbər verir ki,  Çemordaçka küçəsi, 4a ünvanında baş verən yanğının söndürülməsinə Mi-8 vertolyotu və yanğından mühafizə briqadaları cəlb edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Dördüncü çağırışla əraziyə gələn yanğınsöndürənlərdən biri yanğın söndürülərkən həlak olub. 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, yanğının qəsdən törədilməsi ehtimal edilir. 

 

Rəşad Sarıyev

Digər xəbərlər