Rusiyada heyvanlar üçün COVID-19 vaksini qeydiyyata alınıb

Rusiyada heyvanlar üçün COVID-19 vaksini qeydiyyata alınıb
  • Clock-gray 09:44
  • calendar-gray 31 Mart 2021

Rusiya dünyada ilk dəfə heyvanlar üçün COVID-19 vaksinini qeydiyyata alıb. 

APA-nın RİA "Novosti"yə istinadən xəbərinə görə, vaksin "Karnivak-Kov" adlanır. Keçən ilin oktyabrından vaksinin klinik sınaqlarında itlər, pişiklər, Arktika tülküləri və digər heyvanlar iştirak edib. 

Araşdırmalar vaksinin zərərsiz olduğu qənaətinə gəlməyə imkan verir. Peyvənd olunmuş heyvanların hamısında koronavirusa qarşı antikorlar inkişaf edib. 

apa-logo-mini

Digər xəbərlər