Rusiyada hərbi bazada silahlı insident baş verib, ölənlər var

Rusiyada hərbi bazada silahlı insident baş verib, ölənlər var
# 09 noyabr 2020 12:08 (UTC +04:00)

Rusiyada hərbi bazada silahlı insident baş verib, ölənlər var.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, insident Voronej yaxınlığında hərbi aerodromda baş verib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Voronejdə yaşayan 2000-ci il təvəllüdlü hərbçi Anton Mixayloviç Makarovun tapançadan açdığı atəş nəticəsində üç hərbçi ölüb.

Bildirilib ki, silahlı insidentdə bir mayor, bir yefreytor və bir çağırışçı əsgər ölüb.

Hadisəni törədən şəxsin axtarışları həm hərbi bölmənin ərazisində, həm də kənarda aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR