Rusiyada hərbi helikopterin sərt enişi nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB

Rusiyada hərbi helikopterin sərt enişi nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB
# 26 may 2020 08:00 (UTC +04:00)

Rusiyanın Çukotka muxtar dairəsində hərbi vertolyot qəzaya uğradıqdan sonra güclü yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, yanğın söndürüldükdən sonra “M-8”in qara qutusu aşkar edilib.

Qutunun heç bir zədə almadığı bildirilir.

***

07:46

Rusiyanın Çukotka muxtar dairəsində “Mi-8” hərbi vertolyotunun sərt enişi zamanı 4 nəfər həlak olub.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Anadırada yerləşən Kömür Mədənləri hava limanında baş verib.

Çukotka rəsmi dairələrindən bildirilib ki, ilkin məlumata görə, vertolyotun qəzaya uğramasına texniki problemlər səbəb olub.

Vertolyotun 15 metr hündürlükdən yerə çırpıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR