Rusiyada icazəsiz aksiyada iştirak edən 13 nəfər tutulub

Rusiyada icazəsiz aksiyada iştirak edən 13 nəfər tutulub
# 31 yanvar 2021 10:22 (UTC +04:00)

Rusiyanın Xabarovsk şəhərində da razılaşdırılmamış aksiyada iştirak etdikləri üçün 13 nəfər saxlanılıb.

APA bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, əvvəlcə polis razılaşdırılmamış aksiyada iştiraka görə məsuliyyət barədə xəbərdarlıq edib. Buna baxmayaraq, aksiyada iştirak edənlər olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, icazəsiz mitinqdə 58 nəfər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR