Rusiyada iki avtobus xəndəyə düşüb, 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Rusiyada iki avtobus xəndəyə düşüb, 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb
  • Clock-gray 09:57
  • calendar-gray 22 Mart 2020

Rusiyanın Tambov vilayətində iki avtobus xəndəyə düşərək aşıb, 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tambov vilayətinin Jerdevsk rayonunda, R-22  yolunun 566-cı kilometrində baş verib.

Avtobuslardan biri Moskva-Volqoqrad, digər Moskva-Saratov marşrutu ilə hərəkətdə olub.

Qəzaya əsas səbəbin əlverişsiz hava şəraiti olduğu bildirilir.

 

 

apa-logo-mini

Digər xəbərlər