Rusiyada iki məktəbli qızın ölümü ilə bağlı araşdırmanı prokurorluq nəzarətə götürüb - YENİLƏNİB

Rusiyada iki məktəbli qızın ölümü ilə bağlı araşdırmanı prokurorluq nəzarətə götürüb - YENİLƏNİB
# 09 fevral 2021 21:16 (UTC +04:00)

Rusiyanın Samara vilayətində ölən məktəbli qızların 12 yaşı var.

APA "osnmedia.ru"ya istinadən xəbər verir ki, məktəblilərin hər ikisinin meyiti çoxmərtəbəli binanın qarşısında tapılıb.

Onların pəncərədən yıxıldığı etimal edilir.

***

21:09

Rusiyanın Samara vilayətində iki məktəbli qız dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə prokurorluğun regional şöbəsinin məlumatında bildirilib.

Hadisənin motivlərinin və başvermə səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma başlanılıb. Qeyd edilib ki, araşdırma prokurorluğun nəzarətindədir.

Bölgə prokuroru Sergey Berijitski hadisə yerinə gəlib.

Şəhər təhsil şöbəsindən qızların əlaçı, dərslərə davamiyyətlərinin müsbət olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR