Rusiyada istehlak kreditlərinin orta həcmi rekord həddə çatıb

Rusiyada istehlak kreditlərinin orta həcmi rekord həddə çatıb
# 22 mart 2021 12:41 (UTC +04:00)

2021-ci ilin fevral ayında Rusiyada verilən istehlak kreditlərinin orta həcmi illik müqayisədə 32,7% artaraq rekord səviyyəyə - 264,8 min rubla çatıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq müqayisədə 17,7% artıb. Bundan əlavə, ölkədə borc götürülənlərin istehlak kreditləri üzrə orta kredit reytinqi 631 bənd təşkil edib ( maksimum göstərici 800 bənd)

Qeyd edək ki, 2021-ci fevrala ayında verilən istehlak kreditlərinin ən yüksək orta həcmi Moskva (537,2 min rubl) və Sankt-Peterburq (367,4 min rubl) şəhərlərində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR