Rusiyada keçiriləcək hərbi təlimlərdə 9 ölkə iştirak edəcək

Rusiyada keçiriləcək hərbi təlimlərdə 9 ölkə iştirak edəcək
# 08 sentyabr 2020 13:33 (UTC +04:00)

"Qafqaz 2020" hərbi təlimlərində 9 xarici ölkənin hərbi kontingenti iştirak edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, sentyabrın 21-də start götürəcək hərbi təlimlərə daha 9 xarici ölkə müşahidəçi göndərəcək.

S. Şoyqu "Qafqaz 2020" komanda-qərargah təlimlərinin sentyabrın 21-26-da keçiriləcəyini açıqlayıb: "Təlimlərdə 9 xarici ölkənin hərbi kontingentinin iştirakı planlaşdırılır. Daha 9 ölkə isə Rusiyaya hərbi müşahidəçilər göndərəcək".

Rusiyanın Müdafiə naziri hərbi təlimlərin əsasən Kapustin Yar və Aşuluk poliqonlarında, eləcə də Qara və Xəzər dənizləri akvatoriyalarında keçiriləcəyini bildirib: "Təlimlər Cənub hərbi dairəsinin Rusiyanın cənub-şərqində hərbi təhlükəsizliyi təminetmə qabiliyyətini qiymətləndirməyə imkan verəcək".

Qeyd edək ki, Azərbaycan "Qafqaz 2020" hərbi təlimlərində iştirak etməyəcək. Azərbaycan Müdafiə Nazirliyi təlimlərə müşahidəçi göndərəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR