Rusiyada konstitusiyaya edilən düzəlişlər iyulun 4-də qüvvəyə minəcək

Rusiyada konstitusiyaya edilən düzəlişlər iyulun 4-də qüvvəyə minəcək
# 03 iyul 2020 17:15 (UTC +04:00)

Rusiyada konstitusiyaya edilən düzəlişlərin qüvvəyə minəcəyi tarix məlum olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq fərmanı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

Fərmana görə, konstitusiyaya edilən düzəlişlər iyulun 4-də qüvvəyə minəcək.

Bundan başqa, V. Putin düzəliş olunan konstitusiyanın rəsmi nəşr olunması haqqında da fərman imzalayıb .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR