Rusiyada koronavirus əleyhinə üçüncü peyvənd qeydiyyatdan keçib

Rusiyada koronavirus əleyhinə üçüncü peyvənd qeydiyyatdan keçib
  • Clock-gray 10:56
  • calendar-gray 20 Fevral 2021

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı üçüncü vaksin qeydiyyatdan keçib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “Kovivak” adlandırılan vaksin Çumakov adına Mərkəz tərəfindən işlənib hazırlanıb. 

Koronavirusa qarşı “Kovivak” peyvəndinin qeydiyyatdan keçdiyini Baş nazir Mixail Mişustin açıqlayıb.

Qeyd olunub ki, ilk 120 min doza vaksin mart ayının ortalarında dövriyyəyə buraxılacaq.

Xatırladaq ki, Rusiyada “Sputnik V” adlanan ilk peyvənd ötən ilin avqustunda qeydiyyatdan keçib. Bundan sonra koronavirus əleyhinə ikinci "EpiVacCorona" peyvəndi qeydiyyata alınıb.

 

Fərid Əkbərov

Digər xəbərlər