Rusiyada koronavirusa sutkalıq yoluxma sayı 27 mini ötüb

Rusiyada koronavirusa sutkalıq yoluxma sayı 27 mini ötüb
# 27 noyabr 2020 11:47 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 27 543 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 215 533 nəfərə çatıb.

Son sutka ərzində 496 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 38 558 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR