Rusiyada koronavirusa yoluxanların sayı 1 milyon nəfərə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 1 milyon nəfərə çatır
# 23 avqust 2020 11:53 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 4852 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 956 749 nəfərə çatıb.

Son sutka ərzində 73 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 383 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü sıradadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR