Rusiyada koronavirusa yoluxanların sayı 13584-ə, ölənlərin sayı 106-ya yüksəlib

Rusiyada koronavirusa yoluxanların sayı 13584-ə, ölənlərin sayı 106-ya yüksəlib
# 11 aprel 2020 12:17 (UTC +04:00)

Rusiyada son sutka ərzində koronavirusa 1667 yeni yoluxma faktı qeydə alınıb.

APA- nın Moskva müxbirinin xəbərinə görə, Operativ Qərargahın məlumatda bildirilir ki, ümumi yoluxanların sayı 13584 nəfərə çatıb.

Son sutka ərzində ölənlərin sayı isə 12 nəfərdir.

Rusiya ərazisində indiyədək koronavirusdan 106 nəfərin öldüyü açıqlanıb.

Sağalanların ümumi sayı 1045 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR