Rusiyada koronavirusa yoluxanların sayı 1800-ü keçib

Rusiyada koronavirusa yoluxanların sayı 1800-ü keçib
# 30 mart 2020 13:17 (UTC +04:00)

Rusiyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 1836-ya çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, son sutka ərzində Rusiyanın 71 regionunda COVID-19 virusuna 302 yeni yoluxma qeydə alınıb.

Operativ Qərargahın açıqladığı statistik məlumata əsasən, indiyə kimi 9 nəfər bu virusdan həyatını itirib, 66 nəfər isə sağalaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR