Rusiyada koronavirusa yoluxanların sayı 200 minə yaxınlaşır

Rusiyada koronavirusa yoluxanların sayı 200 minə yaxınlaşır
# 09 may 2020 11:50 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 10 817 nəfər koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 198 676 nəfərə çatıb.

Son sutka ərzində 104 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 1827-ə çatıb. Sağalanların sayı 31 916 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR