Rusiyada koronavirusa yoluxanların sayı 3 milyonu ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 3 milyonu ötüb
# 26 dekabr 2020 12:24 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 29 258 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 021 964 nəfərə çatıb.

Son sutka ərzində 567 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 55 226 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR