Rusiyada koronavirusa yoluxanların sayı 300 mini ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 300 mini ötüb
  • Clock-gray 11:37
  • calendar-gray 20 May 2020

Rusiyada son sutka ərzində daha 8764 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 308 705 nəfərə çatıb. 

Son sutka ərzində 135 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2972 nəfərə çatıb. 

Xəstəlikdən sağalanların sayı 85 392 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər