Rusiyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb
# 10 fevral 2021 12:05 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 14 494 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 012 710 nəfərə çatıb.

Son sutka ərzində 535 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 78 134 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR