Rusiyada koronavirusa yoluxanların sayı 720 mini keçib

Rusiyada koronavirusa yoluxanların sayı 720 mini keçib
# 11 iyul 2020 11:39 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6611 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 720 547 nəfərə çatıb.

Son sutka ərzində 188 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 205 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 497 446 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR