Rusiyada koronavirusa yoluxanların sayı 975 mini ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 975 mini ötüb
  • Clock-gray 11:33
  • calendar-gray 27 Avqust 2020

Rusiyada son sutka ərzində daha 4711 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 975 576 nəfərə çatıb.

Son sutka ərzində 121 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 804 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər