Rusiyada koronavirusdan daha bir nəfər ölüb

Rusiyada koronavirusdan daha bir nəfər ölüb
# 30 mart 2020 14:50 (UTC +04:00)

Rusiya paytaxtında yeni növ koronavirusdan ölüm qeydə alınıb.

APA nın Moskva müxbirinin verdiyi xəbərə görə , bu barədə Operativ Qərargah məlumat yayıb.

Məlumatda koronavirus infeksiyasına yoluxduğu təsdiqlənmiş qadının paytaxt xəstəxanalarının birində öldüyü bildirilib.

Bununla da, Rusiyada koronavirusdan ölənlərin sayı 10-a çatıb.

Qeyd edək ki, bu günə olan məlumata görə, Rusiyada koronavirusa yoluxanlar 1836 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR