Rusiyada koronavirusdan ölənlərin sayı 102 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 102 mini ötüb
  • Clock-gray 12:05
  • calendar-gray 09 Aprel 2021

Rusiyada son sutka ərzində daha 9150 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 623 984 nəfərə çatıb.

Son sutka ərzində 402 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 102 247 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər