Rusiyada koronavirusdan ölənlərin sayı 105 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 105 mini ötüb
# 17 aprel 2021 12:05 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9 321 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 4 693 469 nəfərə çatıb.

Son sutka ərzində 398 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 105 193 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR