Rusiyada koronavirusdan ölənlərin sayı 18 578 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 18 578 nəfərə çatıb
# 13 sentyabr 2020 12:27 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 5449 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1062811 nəfərə çatıb.

Son sutka ərzində 94 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 578 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR