Rusiyada koronavirusdan ölənlərin sayı 25 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 25 mini ötüb
  • Clock-gray 11:47
  • calendar-gray 22 Oktyabr 2020

Rusiyada son sutka ərzində daha 15 971 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 463 306 nəfərə çatıb.

Son sutka ərzində 290 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 25 242 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər