Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
# 04 dekabr 2020 12:09 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 27 403 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 402 949 nəfərə çatıb.

Son sutka ərzində 569 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 42 176 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR