Rusiyada koronavirusdan ölənlərin sayı 50 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 50 mini ötüb
# 19 dekabr 2020 11:56 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 28 209 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 819 429 nəfərə çatıb.

Son sutka ərzində 585 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 50 347 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR