Rusiyada koronavirusdan ölənlərin sayı 58 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 58 mini ötüb
# 02 yanvar 2021 12:58 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 26 301 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 212 637 nəfərə çatıb.

Son sutka ərzində 447 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 58 002 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR