Rusiyada koronavirusdan ölənlərin sayı 59 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 59 mini ötüb
  • Clock-gray 12:03
  • calendar-gray 05 Yanvar 2021

Rusiyada son sutka ərzində daha 24 246 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların 3 284 384 nəfərə çatıb.

Son sutka ərzində 518 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 59 506 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər