Rusiyada koronavirusdan ölənlərin sayı 61 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 61 mini ötüb
# 09 yanvar 2021 12:05 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 309 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 379 103 nəfərə çatıb.

Son sutka ərzində 470 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 61 381 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR