Rusiyada koronavirusdan ölənlərin sayı 74 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 74 mini ötüb
  • Clock-gray 12:30
  • calendar-gray 02 Fevral 2021

Rusiyada son sutka ərzində daha 16 643 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 884 730 nəfərə çatıb.

Son sutka ərzində 539 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 74 158 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər