Rusiyada koronavirusdan ölənlərin sayı 75 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 75 mini ötüb
# 04 fevral 2021 12:06 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 16 714 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 917 918 nəfərə çatıb.

Son sutka ərzində 521 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 75 205 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR