Rusiyada koronavirusdan ölənlərin sayı 79 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 79 mini ötüb
# 12 fevral 2021 12:16 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 15 089 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 042 837 nəfərə çatıb.

Son sutka ərzində 507 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 79 194 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR