Rusiyada koronavirusdan ölənlərin sayı 86 min nəfəri ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 86 min  nəfəri ötüb
# 28 fevral 2021 12:10 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 11 359 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 246 079 nəfərə çatıb.

Son sutka ərzində 379 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 86 122 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü sıradadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR