Rusiyada koronavirusdan ölənlərin sayı 90 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 90 mini ötüb
# 10 mart 2021 12:24 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9079 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 351 553 nəfərə çatıb.

Son sutka ərzində 466 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 90 275 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR