Rusiyada koronavirusdan ölənlərin sayı 91 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 91 mini ötüb
# 12 mart 2021 12:11 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9794 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 370 617 nəfərə çatıb.

Son sutka ərzində 486 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 91 220 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR