Rusiyada koronavirusdan ölənlərin sayı 93 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 93 mini ötüb
# 17 mart 2021 12:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8 998 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 418 436 nəfərə çatıb.

Son sutka ərzində 427 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 93 364 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR