Rusiyada küçədə atışma olub, ölən və xəsarət alanlar var

Rusiyada küçədə atışma olub, ölən və xəsarət alanlar var
# 04 dekabr 2019 11:21 (UTC +04:00)

Rusiyanın Perm şəhərində atışma baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə səhər saatlarında şəhərin Orconikidze rayonunda qeydə alınıb.

Əvvəllər məhkumluq həyatı yaşamış 50 yaşlı şəhər sakini ov tüfəngi ilə yoldan keçən şəxslərə atəş açıb. Hadisə nəticəsində bir qadın ölüb, bir nəfər xəsarət alıb.

Bundan başqa, o, saxlanılan zaman “Rosqvardiya”ya məxsus avtomobilin sürücüsünə də atəş açıb.

Hadisəni törədən şəxsin sərxoş olduğu bildirilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR