Rusiyada məktəbdə terror aktı planlaşdıran şagird saxlanılıb

Rusiyada məktəbdə terror aktı planlaşdıran şagird saxlanılıb
  • Clock-gray 14:24
  • calendar-gray 10 Mart 2021

Rusiyanın Penza vilayətində terror aktının qarşısı alınıb.

APA-nın Rusiya bürosunun Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata görə, Penza vilayətində təhsil müəssisəsində terror aktı törətməyi planlaşdıran şübhəli saxlanılıb.

“Rusiya FTX İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Penza vilayətində təhsil müəssisəsində terror aktının qarşısını alıb. Aparılan tədbirlər nəticəsində məlum cinayəti törətməyə hazırlaşan Rusiya vətəndaşı saxlanılıb”, - deyə məlumatda vurğulanıb.

“RİA Novosti” agentliyi isə şübhəli şəxsin 16 yaşlı məktəbli olduğu barədə məlumat yayıb. Bildirilib ki, həmin məktəbli sosial şəbəkədə sinif yoldaşlarını güllələməyə hazırlaşdığını yazıb. Məlumatda həmin məktəbli barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Terror aktına hazırlıq” maddəsi ilə cinayət işi başlandığı qeyd olunub.

Fərid Əkbərov

Digər xəbərlər