Rusiyada məşhur deputat naməlum şəxs tərəfindən güllələnib

Rusiyada məşhur deputat naməlum şəxs tərəfindən güllələnib
  • Clock-gray 08:32
  • calendar-gray 25 Oktyabr 2020

Rusiyanın Leninqrad vilayətinin Vyborqski rayonunun deputatı, tanınmış iş adamı Aleksandr Petrov öz bağında naməlum qatil tərəfindən sinəsindən güllələnib. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin" z "bəndi ilə cinayət işi başladılıb.

Hadisə yerində istintaq və əməliyyat qrupunun işlədiyi bildirilib. Petrovun yaxın ətrafı və  təmasda olduğu digər şəxslər istintaqa cəlb edilir.

Qeyd edək ki, Leninqrad bölgəsində tanınmış iş adamı olan 61 yaşlı Aleksander Petrovun oğlu Vitali Petrov ilk Rus “Formula 1” pilotlarından olub. Petrov özü isə bir sıra səhmdar cəmiyyətlərin və digər yerli müəssisələrin ortaq sahibi idi.

 

Rəşad Sarıyev

Digər xəbərlər