Rusiyada ötən sutka 408 nəfər koronavirusdan ölüb

Rusiyada ötən sutka 408 nəfər koronavirusdan ölüb
# 31 mart 2021 12:21 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8275 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 545 095 nəfərə çatıb.

Son sutka ərzində 408 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 98 850 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR