Rusiyada paytaxt sakini anasını güllələdikdən sonra intihar edib

Rusiyada paytaxt sakini anasını güllələdikdən sonra intihar edib
# 23 sentyabr 2020 04:18 (UTC +04:00)

Rusiyanın Yeni Moskva bölgəsində 1971-ci il təvəllüdlü paytaxt sakini anasını güllələyərək öldürdükdən sonra intihar edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskva İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Yulia İvanova jurnalistlərə açıqlamasında bildirib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2 hissəsinə (iki və ya daha çox insanın öldürülməsi) əsasən, faktla bağlı cinayət işi açılıb.

Hadisə sentyabrın 22-də Desenovskoye qəsəbəsində baş verib.

İlkin məlumatlara görə, anasını öldürməzdən əvvəl kişi depressiyada olub.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, mənzilin qapısı arxadan bağlı olub. Xilasedicilər qapını açdıqdan sonra içəridə ana və oğulun meyitlərini aşkar ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR