Rusiyada polis şöbəsində ölüm hadisəsi baş verib

Rusiyada polis şöbəsində ölüm hadisəsi baş verib
# 02 mart 2021 17:09 (UTC +04:00)

Sankt-Peterburqda polis şöbəsində ölüm hadisəsi baş verib.

APA-nın Rusiya bürosunun yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə fevralın 23-də Sankt-Peterburqun 75-ci polis şöbəsində qeydə alınıb.

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən kişini polislər məhkəməyə çıxarmaq üçün bölməyə gətiriblər. Kişi huşunu itirib və yerə yıxılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası kişinin infarktdan keçindiyini müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR