Rusiyada qar taxıl anbarının damını uçurub, 4 nəfər ölüb

Rusiyada qar taxıl anbarının damını uçurub, 4 nəfər ölüb
# 08 fevral 2021 10:28 (UTC +04:00)

Rusiyanın Altay diyarında qar taxıl anbarının damını uçurub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uçqun altında ümumilikdə 8 nəfər qalıb, onlardan 4-ü ölüb.

Xəsarət alanlardan bir nəfəri xəstəxanaya yerləşdirilib, digərləri isə tibb müəssisəsinə yerləşdirilməkdən imtina ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR