Rusiyada qar uçqunu altından bir ailənin 4 üzvü xilas edilib - FOTO - VİDEO - YENİLƏNİB

Rusiyada qar uçqunu altından bir ailənin 4 üzvü xilas edilib  - FOTO - VİDEO - YENİLƏNİB
# 09 yanvar 2021 01:08 (UTC +04:00)

Rusiyanın Norilsk şəhərində yerləşən "Qorı Otdelnaya” dağ xizəkçilik kompleksində qar uçqunu altında qalanlardan 4 nəfəri xilas edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Təcili Yardım Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, xilas edilənlər bir ailənin üzvləridir. Daha iki nəfər isə özləri uçqunun altından çıxmağı bacarıb.

Hava şəraiti əlverişsiz olsa da, axtarışlar davam etdirilir.

***

8 yanvar, saat 23:40

Rusiyanın Norilsk şəhərində yerləşən "Qorı Otdelnaya” dağ xizəkçilik kompleksində Moskva vaxtı ilə təxminən 20:30-da qar uçqunu baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kompleksin ərazisində içərisində insanların olduğu beş ev qar uçqunun altında qalıb.

Sibir Regional axtarış və xilasetmə dəstəsinin qüvvələri əraziyə 50 canlı qüvvə və 3 texnika göndərib. Hazırda uçqun altında qalan insanların sayı dəqiqləşdirilir.

FHN-in Krasnoyarsk Regional Bölgəsinin mətbuat xidmətinin rəhbəri Alena Aliksişina ilkin məlumat kimi qeyd edib ki, evlərdən birində insanların olması ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR